Göyçayda ƏMƏLİYYAT - Qurudulmuş marixuana aşkar edildi

Gündəm 14 Noyabr 2018 14:26 Oxunub 702
Göyçayda ƏMƏLİYYAT - Qurudulmuş marixuana aşkar edildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Göyçay şəhər sakini Elşad Həzrətquliyevdən şəxsi axtarış zamanı 3,86 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Oradan isə 455 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla bağlı RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh