Bakının Təbriz küçəsində yanğın - VİDEO

Gündəm 14 Noyabr 2018 16:11 Oxunub 760
Bakının Təbriz küçəsində yanğın - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaşayış evləri yanğından mühafizə edilib, hadisədə xəsarət alan olmayıb

Paytaxtın Nərimanov rayonu Təbriz küçəsində yanğın baş verib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisəyə səbəb həmin ərazidən keçən qaz borusundakı sızma olub. "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev Trend-ə bildirib ki, yanğın artıq söndürülüb: "Təbriz küçəsində qaz borusunda sızma olub. Əraziyə FHN-nin yanğından mühafizə bölmələri cəlb olunaraq yanğın söndürülüb". İ.Kərbəlayevin sözlərinə görə, yaşayış evləri yanğından mühafizə edilib, hadisədə xəsarət alan olmayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh