Binəqədidə yol polisi şagirdləri maarifləndirib hədiyyələr verdi – VİDEO

Yol polisi 14 Noyabr 2018 16:25 Oxunub 1885
Binəqədidə yol polisi şagirdləri maarifləndirib hədiyyələr verdi – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Əsədov: “Məktəb yaşlı uşaqların nəqliyyat vasitələri tərəfindən vurulması halı minimuma endirilib”

Bu gün Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının təşkilatçılığı ilə paytaxtda yerləşən 276 nömrəli orta məktəbdə yol hərəkəti qaydalarının məktəblilər arasında təbliğinin gücləndirilməsinə həsr olunan maarifləndirici tədbir keçirilib. Avtosfer.az xəbər verir ki, tədbirdə polis əməkdaşları ilə yanaşı məktəbin pedaqoji kollektivi də iştirak edib. Əvvəlcə çıxış edən məktəbin direktoru Bəhram Şiriyev polis əməkdaşlarına şagirdlər arasında yol hərəkəti qaydalarının təbliği işində göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.
Daha sonra şagirdlər qarşısında çıxış edən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif  Əsədov rəhbərliyin göstərişi ilə orta məktəblərdə bu cür maarifləndirici tədbirlərinin mütamadi olaraq keçirildiyini bildirib. O, qeyd edib ki, bu tipli görüşlərin keçirilməsində əsas məqsəd şagirdlərə yol hərəkəti qaydaları haqqında dolğun məlumat vermək, onlar arasında təhlükəsizlik davranış vərdişlərini aşılamaqdan ibarətdir. V.Əsədov həmçinin bildirib ki, son illər paytaxt və respublikanın ayrı-ayrı bölgələrində yol polislərinin keçirdikləri belə maarifləndirici tədbirlərin nəticəsi olaraq artıq məktəb yaşlı uşaqların qəzalar zamanı nəqliyyat vasitələri tərəfindən vurulması halı minimuma endirilib.
Görüş zamanı şagirdlərə yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasının səbəb ola biləcəyi ağır fəsadlardan bəhs edən sosial video çarxlar nümayiş etdirilib. Daha sonra şagirdləri maraqlandıran suallara cavab verilib. Tədbirdə aktiv iştirak edən şagirdlərə yol polislərinin hazırladıqları hədiyyələr təqdim edilib.


Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh