Qardaşlar birləşib "Lamborghini" istehsal etdi – VİDEO

Avtodünya 15 Noyabr 2018 23:55 Oxunub 1623
Qardaşlar birləşib "Lamborghini" istehsal etdi – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Maşınları sınaqdan keçiririk və satmırıq"

İraqın Süleymaniyyə şəhərinin Ranya rayonundakı emalatxanada işləyən beş qardaş dünyanın ən lüks avtomobillərinin oxşarını istehsal edir. Avtosfer.az "ölkə.az"-a istinadən xəbər verir ki, emalatxananın sahibi Kamal Səlim bu işə 2010-cu ildən başladıqlarını bildirib. Qardaşlar əsasən "Lamborghini" üslublu avtomobillərə üstünlük verirlər. "İndiyə qədər 7 avtomobilin oxşarını hazırladıq. Ən əsas işimiz 40 min dollara "Lamborghini" istehsal etmək olub", - deyə Kamal qeyd edib. Qardaşlar mühərrik, sürətlər qutusu və təkər kimi bəzi vacib ehtiyat hissələrindən başqa digər detalları öz imkanları hesabına istehsal edirlər. Səlim bildirib ki, 7 ay ərzində bir avtomobili hazırlamaq mümkündür: "Maşınların tərzi bir-birindən fərqlidir. Daha çox idman və lüks üslublu maşınlara üstünlük veriri. Adi avtomobili 3 aya hazırlamaq olar. "Lamborghini" kimi maşınların dizaynı isə çətin olduğu üçün 1 ilə qədər vaxt aparır". Kamal eyni zamanda bildirib ki, bir avtomobili satış qiymətinin 30 faizinə qədər məbləğlə əldə etmək mümkündür: "Maşınları sınaqdan keçiririk və satmırıq".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh