Hər 3 saatda bir ukraynalı yol qəzasında ölür

Qəzalar 15 Noyabr 2018 23:48 Oxunub 759
Hər 3 saatda bir ukraynalı yol qəzasında ölür
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hesabat dövründə yol qəzaları zamanı 22394 nəfər xəsarət alıb

Bu ilin 9 ayında Ukraynada 108 min yol nəqliyyat hadisəsi baş verib ki, nəticədə 2266 nəfər ölüb. Avtosfer.az Azərtac-a istinadən verdiyi məlumata görə, bu il Ukraynada sutkada 396 yol qəzası baş verib və 8 nəfər ölüb. Faktiki olaraq hər 3 saatda bir ukraynalı yol qəzasında ölür. Hesabat dövründə yol qəzaları zamanı 22394 nəfər xəsarət alıb. Ukrayna yol qəzalarında ölüm və xəsarət faktlarına görə Avropada ən yüksək göstəricilərə malikdir. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 1 milyon 300 mindən çox insan yol qəzalarında ölür. 20-50 milyon arasında insan isə xəsarət alır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh