Dubay polisi uçan motosiklin sınaqlarına başlayıb - VİDEO

Avtoxəbər 15 Noyabr 2018 10:30 Oxunub 1230
Dubay polisi uçan motosiklin sınaqlarına başlayıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hoverbaykın pilotu həm motosikli, həm də dronu idarə etmək bacarığına malik olmalıdır

Kaliforniyanın Hoversurf startapı Dubay polisinə S3 hoverbaykının ilk nüsxəsini təqdim edib və onları idarə edəcək polislərin təliminə başlayıb. Şaquli qalxma və enmə aparatları 2020-ci ildən başlayaraq istismara buraxılacaq. Bu aparatları çevik polis alayları çətin keçilən ərazilərdə istifadə edəcəkdirlər.

CNN hazırda Hoversurf şirkətinin iki polis qrupuna təlim keçdiyini də bildirib. Hoverbaykın pilotu həm motosikli, həm də dronu idarə etmək bacarığına malik olmalıdır. Yaxın aylarda Dubay polisinin rəhbərliyi uçan aparat parkı barədə qərar qəbul etməlidir. Söhbət 30 - 40 ədəd Hoversurf S3 aparatının inşasından gedir. (Autograph)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh