"Chevrolet"dən yeni “bərkgedən” model - FOTO

Avtodünya 15 Noyabr 2018 11:02 Oxunub 1296
"Chevrolet"dən yeni “bərkgedən” model - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Güc aqreqatı altı pilləli avtomatik qutu ilə tandemdə çalışır

Chevrolet şirkəti San-Pauluda keçirilən avtosalonda maraqlı bir avtomobil təqdim edib. Bu, Cruze modelinin 300 at qüvvəsinə malik olan “bərkgedən” variantıdır. Avtomobil Chevrolet şirkəti tərəfindən hazırlansa da, bu adi tüninqin nəticəsidir.

Chevrolet Cruze Sport6 SS modelinin adındakı Sport6 və SS indeksləri təsadüfən yazılmayıbdır. Birinci indeks Braziliyada satılan Cruze hetçbeklərinə verilir, SS indeksini isə Chevrolet markası keçən əsrin altmışıncı illərindən başlayaraq özünün “bərkgedən” modellərini işarələyir.

Uzun sözün qısası, Cruze modelinin 153 at qüvvəli 1,4-litrlik mühərrikinin gücü 300 at qüvvəsinə qədər artırılıb. İstehsalçı 1,4-litrlik mühərrikdən bu qədər gücün necə aldığı barədə məlumat verməyib. Çox güman ki, Chevrolet mühəndisləri güclü turbokompressordan istifadə ediblər. Güc aqreqatı altı pilləli avtomatik qutu ilə tandemdə çalışır.

Əlbəttə ki, hetçbekə artmış gücə uyğun olan zahiri görkəm də vermək gərək olub. Mühəndislər avtomobili 20-düymlük təkər diskləri, azaldılmış hündrlüy olan asqı, qara rəngli dekor elementləri və arxa spoyleri quraşdırıblar. Salonda isə dördnöqtəli təhlükəsizlik kəmərlərini və idman oturacaqlarını görmək olar.

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh