Payız başımıza əməlli-başlı bəla olub ki...

Yazarlar 15 Noyabr 2018 23:28 Oxunub 1235
Payız başımıza əməlli-başlı bəla olub ki...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Yerə bir damcı su düşən kimi qazımız kəsilir"

Son bir neçə gün ərzində davam edən aramsız yağış nəticəsində ölkənin bir sıra bölgələrində ciddi problemlər meydana çıxdı. Xüsusilə, paytaxtın bəzi ərazilərində çıxılmaz vəziyyət yarandı - yolları su basdı, küçələrdən sel axdı, qaz, işıq kəsildi, bir sözlə, sanki həyat dayandı. Avtosfer.az sputnik.az-a istinadən xəbər verir ki, bəzi oxucuları həmin günlərdə üzləşdikləri xoşagəlməz hallarla bağlı redaksiyamıza qısa məktublar göndəriblər. Oxucuların qeydlərini ümumləşdirib təqdim edirik:

Rövşən Əsədov: "Yağış oldu-olmadı, hər gün səhər saatlarında Babək prospektində tıxacda qalırıq. Yağış isə tıxaca bəhanə oldu. Saatlarla tıxacda qaldıq".

Sabir Qədirov: "Bakıda yollar adi günlərdə də tıxac olur. Kanalizasiyalar işləmir, yağış suları yollarda gölməçələr yaradıb. Nəticədə saatlarla yollarda qalmışıq".

Afaq Cəbrayılova: "Binanın dam örtüyü Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən payızın ortasında yenilənir. Yağan yağış nəticəsində binada olan bir çox evə ciddi ziyan dəyib. İndi də icra hakimiyyəti dəymiş ziyanla maraqlanmır. Qalmışıq çıxılmaz vəziyyətdə".

Həmidə Abdullayeva: "Yerə bir damcı su düşən kimi qazımız kəsilir. "Azəriqaz"ın qaynar xəttində də cavab verən yoxdur. Vəziyyət çox pisdir. Evdə o soyuq havada donmuşuq".

Mübariz Bayramov: "Koroğlu" körpüsünün yanında ən azı yarım saatdan çox tıxacda qalmışam. Səbəb isə yağış idi".

İlkin Səftərov: "Xırdalanda xətt çəkmək üçün hər yeri qazıblar, həmin qazdıqları yeri örtməyib gediblər. Yağan yağış həmin ərazini palçıq edib. Qalmışıq palçığın içində. Hər kəs öz rahatlığını fikirləşir. Camaatı, milləti fikirləşən yoxdur. Evdən çıxıb dayanacağa gedənə kimi üst-başımız palçıq olur. Hələ axşam qaranlıqda qayıtmağı demirəm".

Elnurə Abuşova: "Həmin gün yolları su basdığı üçün məcbur qalıb, övladımı məktəbə taksi ilə apardım".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh