Gənc qızı maşın vurdu: vəziyyəti ağırdır - Zaqatalada

Qəzalar 15 Noyabr 2018 12:19 Oxunub 827
Gənc qızı maşın vurdu: vəziyyəti ağırdır - Zaqatalada
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Zaqatala rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun YuxarıTala kəndi ərazisində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, Oruc Abdulməcid oğlu Şabanov edarə etdiyi “Naz-Lifan” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada,Yuxarı Tala sakini, 22 yaşlı Məryəm Nəriman qızı Həmzəyevanı vurub. Yaralı qadın Zaqatala Mərkəzi Rayon Xəstəxanasına çatdırlıb. Xəstəxanada ona ağır kəllə beyin travması və beyinin əziyi diaqnozu qoyulub. Onun müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır olaraq qalır. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh