Əlillərin yolunu kəsən bu sürücünü siz də tanıyın - FOTO

Avtosfer Foto 15 Noyabr 2018 12:31 Oxunub 1896
Əlillərin yolunu kəsən bu sürücünü siz də tanıyın - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təssüf ki, qanunvericilikdə bu cür hərəkətin cəriməsi cəmi 40 manatdır

Bəzi “sürücülər” var ki, sanki avtomobili səkidə saxlayıb piyadaların yolunu kəsməkdən ləzzət alırlar. Çünki BNA yolların qıraqlarına dəmir barmaqlıqlar çəkir, tumbalar yerləşdirir, amma bu “sürücülər” bir yolunu tapıb piyadaların hərəkət etdyi səkini tutmağa “müvəffəq” olurlar. Şəkildə gördüyünüz 90 KU 012 dövlət nömrə nişanlı avtomobilin sürücüsü isə deyəsən səkidə park etməklə nəyə səbəb olduğunun fərqində deyil. Belə ki, əlillər üçün nəzərdə tutulmuş pandusun qarşısını kəsib. Əgər bir əlil burdan keçmək istəsə bu sürücünün ucbatından hərəkətini davam etirə bilməyəcək.

Təssüf ki, qanunvericilikdə bu cür hərəkətin cəriməsi cəmi 40 manatdır. Amma bu cür düçüncəsiz sürücülərin cəzası daha yüksək olmalıdır.

İnanırıq ki, DYP bu məsələyə reaksiya verib sürücünü cəzalandıracaq və ictimaiyyətə bu barədə məlumat verəcək.

 

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh