İŞİD-ə pul toplamaqda şübhəli bilinən dəstənin üzvləri tutulublar

Gündəm 15 Noyabr 2018 13:31 Oxunub 535
İŞİD-ə pul toplamaqda şübhəli bilinən dəstənin üzvləri tutulublar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar terrorçuluğu maliyyələşdirməkdə ittiham olunurlar

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları terrorçu İŞİD qruplaşmasına pul toplayan bir qrupu tutub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə FTX-dən bildirilib. “Tomsk vilayəti ərazisində terrorçu İŞİD qruplaşmasının maraqlarına maliyyə yardımı göstərilməsi üçün pul toplamaqda iştirak edən dəstənin fəaliyyəti aşkarlanıb”, - məlumatda vurğulanıb. Qeyd olunub ki, tutulanlar “Telegram”ın bağlı çatlarında İŞİD-ə yardım məqsədi ilə bank kartları və terrorçular üçün pul ödəmə xidmətlərinin rekvizitlərini paylaşım ediblər. Onlar terrorçuluğu maliyyələşdirməkdə ittiham olunurlar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh