Başı kəsilmiş kraliçanın daş-qaşı satıldı - FOTO

Avtosfer Foto 15 Noyabr 2018 23:02 Oxunub 2072
Başı kəsilmiş kraliçanın daş-qaşı satıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, 1793-cü ildə, 37 yaşında edam olunub

Dünən "Sotheby's"in İsveçrənin Cenevrə şəhərində keçirdiyi hərracda Fransanın son kraliçası Mariya-Antuanettaya məxsus olmuş zinət əşyaları satılıb. Avtosfer.az milli.az-a istinadən bildirir ki, satılan əşyalar arasında çox nadir çəhrayı brilyant, brilyant-mirvari, asmalı mirvari boyunbağı və sırğalar var. Bu zinət əşyaları 200 il gizli saxlandığından ekspertlər hərracı tarixin unikal satışlarından biri sayırlar. Hərracda satılmış əşyalar arasında İtaliyanın kral sülaləsi Burbonlar-Parmalara məxsus daş-qaş kolleksiyası da vardı. Ən bahalı predmetlərdən biri Mariya-Antuanettanın mirvarisi idi. Brilyant qaşlarla bəzədilmiş asqı təki hazırlanmış təbii mirvari 2 milyon dollara satılıb. Təbii mirvarilər və brilyantlardan ibarət boyunbağı, habelə mirvari və brilyantla bəzədilmiş sırğalardan hər biri 300 min dollara alınıb. Mariya-Antuanettanın saç tükü olan möhürlü üzük 20 min dollara alınıb. Hərracda satılan əşyalar arasında Fransa kralı 10-cu Karla məxsus daş-qaş, o cümlədən 550 min dollarlıq brilyant tac vardı. Avstriya kralı 1-ci Fransla xanımı, ershersoginya Mariya Terezanın kiçik qızları Mariya-Antuanetta Fransa kralı 16-cü Lüdovikə ərə gedəndən sonra Burbonlar və Habsburqlar sülalələri birləşmişdilər. Kraliça Mariya-Antuanetta həddən artıq bədxərcliyi və ekstravaqantlığı ilə ad çıxardığından Fransa xalqı ona nifrət edirdi. Bu nifrət sonradan fransız inqilabına səbəb oldu. Mariya-Antuanetta daş-qaşlarını Avstriyaya, qohumlarına yollamağa imkan tapsa da, özü Fransadan qaça bilmədi. O, 1793-cü ildə, 37 yaşında edam olunub. Gilyotin kraliçanın başını bədənindən ayırmışdı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh