Bakıda piyadalar təhlükədə - Dəmir barmaqlıqlar oğurlanır - FOTO

Yazarlar 15 Noyabr 2018 13:38 Oxunub 1198
Bakıda piyadalar təhlükədə - Dəmir barmaqlıqlar oğurlanır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
BNA: “Bu cür hallarla tez-tez rastlaşırıq”

“Hüseyn Cavid prospektində fiziki imkanları məhdud şəxslərin rahat hərəkəti üçün təşkil edilən pandusun qaraşısında drenaj sisteminin dəmir barmaqlığı bizə məlum olmayan səbəbdən çıxarılıb”. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. Onun sözlərinə görə, məsələ ilə bağlı müvafiq qurumlara məlumat verilib: “Lakin təəssüf doğuran məqam odur ki, bu cür hallarla tez-tez rastlaşırıq”.

Sosial şəbəkələrdə yayılan fotolara şərh yazanlar BNA-nı ittiham etsələr də, Agentlik bəyan edir ki, həmin dəmirlər naməlum şəraitdə yoxa çıxıb. Artıq Bakıda bir neçə ərazidə bu cür hallar yaşanır.

Odur ki, piyadalar yolu keçərkən diqqətli olsunlar!

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh