Polis tələbələrə dəyərli tövsiyyələr verdi - FOTO

Gündəm 15 Noyabr 2018 14:33 Oxunub 603
Polis tələbələrə dəyərli tövsiyyələr verdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Narkomaniyanın səbəb olduğu acı nəticələrdən bəhs edən videoçarx nümayiş etdirilib

Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında “Narkomaniya və erkən nikaha yox deyək” mövzusunda tədbir keçirilib. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, təbdirdə çıxış edən Cəlilabad RPŞ-nin rəisi, polis polkovniki Mübariz Quliyev bildirdi ki, ölkəmizin işıqlı və gözəl gələcəyi məhz sağlam, savadlı gənclikdən asılıdır. Hər bir yeniyetmə və gənc zərərli vərdişlərdən uzaq durmalı, diqqətini təhsilə, idmana yönəltməlidir. Belə görüşlərin keçirilməsində əsas məqsəd də məhz yeniyetmə və gəncləri narkomaniyanın və digər zərərli vərdişlərin mənfi nəticələri, doğurduğu fəsadlar barədə məlumatlandırmaq, onları belə neqativ əməllərdən çəkindirməkdən ibarətdir. Çünki narkotik vasitələrdən istifadə edərək özünü fiziki və  psixoloji cəhətdən məhvə aparan insan nə yaxınları, nə də cəmiyyət üçün üçün layiqli vətəndaş ola bilməz. 
Ardınca tələbələrə narkomaniyanın səbəb olduğu acı nəticələrdən bəhs edən videoçarx nümayiş etdirildi.
Şöbə rəisi həmçinin bu günün aktual mövzularından olan erkən nikah probleminə də toxunub. Qeyd edib ki, bu neqativ hala qarşı hər kəs diqqətli olmalı, mütəmadi olaraq bu mövzuda yeniyetmə və gənclərlə, həmçinin valideynlərlərlə maarifləndirici söhbətlər aparılmalıdır. Çünki nikah yaşı hələ tamam olmamış, təhsil almaq vaxtı olan qızların valideynləri və ya digərləri tərəfindən ailə həyatı qurmağa məcbur edilməsi sonradan onları böyük problemlərlə üz-üzə qoyur. Bu hallar boşanmaların sayının artmasına, həmin insanların sonradan ciddi sosial və psixoloji problemlərlə üz-üzə qalmasına səbəb olur. 
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.


Fidan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh