Elektrik qatarlarının hərəkət cədvəli dəyişdi

Gündəm 15 Noyabr 2018 14:51 Oxunub 617
Elektrik qatarlarının hərəkət cədvəli dəyişdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Göstərilən qatarlar müvəqqəti hərəkətdə olmayacaqlar

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində müvəqqəti dəyişiklik ediləcək. "Azərbaycan Dəmir Yolları" QSC-dən Avtosfer.az-a verilən məlumata görə, dəyişiklik sabah tətbiq olunacaq və texniki xarakterlidir. Belə ki, Bakıdan saat 08-00-da yola düşən 6001, saat 08-30-da yola düşən 6003 və saat 08-55-də yola düşən 6005 nömrəli elektrik qatarlarının, Sumqayıtdan isə saat 08-50-də yola düşən 6010, saat 09-17-də yola düşən 6012 və saat 09-50-də yola düşən 6014 nömrəli elektrik qatarlarının hərəkəti bir reys üzrə ləğv edilir. Göstərilən qatarlar müvəqqəti hərəkətdə olmayacaqlar.

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh