Güclü partlayış oldu: xəsarət alanlar var - FOTO

Gündəm 15 Noyabr 2018 15:01 Oxunub 690
Güclü partlayış oldu: xəsarət alanlar var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda yanğınsöndürən və xilasedici briqadalar hadisə yerindədir

Gürcüstan paytaxtı Tbilisinin Zemo Poniçala qəsəbəsində yerləşən doqquzmərtəbəli yaşayış binalarının birində güclü partlayış baş verib. Avtosfer.az-ın “Report”a istinadən xəbər verir ki, binanın üçüncü mərtəbəsində səhər saatlarında qeydə alınan partlayışa məişət qazının sızması səbəb olub. Hadisə nəticəsində ikisi uşaq olmaqla 4 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər. Xəstəxanadan xəsarət alanların vəziyyətinin ağır olduğu bildirilib. Partlayış binanın bir hissəsinin uçmasına səbəb olub. Bir neçə mərtəbəyə və həyətdəki avtomobillərə ciddi ziyan dəyib, bütün mənzillərin pəncərələri sınıb. Hazırda yanğınsöndürən və xilasedici briqadalar hadisə yerindədir. Onlar dağıntılar altında partlayış zamanı mənzildə olan ana və onun övladını axtarırlar.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh