Avtobuslar “Koroğlu” metrostansiyasının arxasında toplanacaq - FOTO

Yeniliklər 15 Noyabr 2018 16:28 Oxunub 1800
Avtobuslar “Koroğlu” metrostansiyasının arxasında toplanacaq - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı Nəqliyyat Agentliyi ərazidə tikinti və yenidənqurma işləri aparacaq

Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzində tikinti və yenidənqurma işləri aparılacaq. Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev Avtosfer.az-a bildirib ki, məqsəd, Nəqliyyat Mübadilə Mərkəzinin ərazisində sərnişinlərə həm keyfiyyət, həm də təhlükəsizlik baxımından müasir standartlara uyğun xidmətin göstərilməsi üçün zəruri infrastrukturun yaradılmasıdır. Təmir müddətində Mərkəzin fasiləsiz fəaliyyətini təmin etmək üçün ətraf kənd və qəsəbələr üzrə müntəzəm marşrut avtobusları Milli Gimnastika Arenasının dayanacaq məntəqəsində, yəni “Koroğlu” metrostansiyasının piramidalı çıxışının arxasında toplanacaq. Artıq qeyd edilən ərazidə hərəkətin təhlükəsizliyi üçün müvafiq şəraitin yaradılmasına başlanılıb. Bu işlər yekunlaşdıqdan sonra Nəqliyyat Mübadilə Mərkəzi qeyd edilən əraziyə köçürüləcək. 
 

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh