Bakıda qadına və ərinə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Gündəm 15 Noyabr 2018 19:44 Oxunub 475
Bakıda qadına və ərinə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, 9 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanış olduğu qadını aldadaraq külli miqdarda pul almaqda təqsirləndirilən Ramil Muradovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə R.Muradov 9 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, dövlət ittihamçısı çıxışında onun 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. İttiham aktına əsasən, R.Muradov sosial şəbəkədə tanış olduğu, daha sonra isə aralarında yaxın münasibət yaranmış Sevinc Qasımovaya (ad və soy ad şərtidir) qarşı külli miqdarda dələduzluq edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh