Qusar-Əniq-Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb

Gündəm 15 Noyabr 2018 20:09 Oxunub 720
Qusar-Əniq-Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Prezident İlham Əliyev bu haqda sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 15-də “Qusar rayonunun Qusar-Əniq-Laza avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. "Report" xəbər verir ki, iyirmi səkkiz min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Qusar-Əniq-Laza avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh