İki avtobus toqquşdu: 40 yaralı

Qəzalar 15 Noyabr 2018 20:15 Oxunub 630
İki avtobus toqquşdu: 40 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzanın səbəbləri hələlik məlum deyil

Almaniyanın Bavariya federal torpağında yerləşən Ammerndorf kommunasında iki avtobus toqquşub. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Bayerischer Rundfunk teleradiosunun yaydığı məlumata görə, qəza nəticəsində azı 40 nəfər, o cümlədən çox sayda uşaq yaralanıb. Onlardan 5-nin vəziyyəti ağırdır. Dörd nəfəri avtobusdan çıxarmaq üçün ağır texnika lazım gəlib. Hadisənin baş verdiyi əraziyə 3 xilasetmə helikopteri və təcili tibbi yardım maşınları cəlb olunub. Qəzanın səbəbləri hələlik məlum deyil. Yolun bu hissəsində avtomobillərin hərəkəti müvəqqəti dayandırılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh