Barda əlini bıçağa atdı, 2 nəfəri bıçaqladı...

Gündəm 15 Noyabr 2018 20:22 Oxunub 507
Barda əlini bıçağa atdı, 2 nəfəri bıçaqladı...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Proses noyabrın 19-da davam edəcək

Bakı Ağır Cinayətlər Məhkəməsində gecə klubunda iki nəfəri bıçaqlamaqda təqsirləndirilən Müzəffər Sərxanbəyovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 9 il 6 ay azadlıqdan məhrum edilməsini tələb edib. Proses noyabrın 19-da davam edəcək. İttihama görə, bu ilin may ayında Bakının Bülbül prospektində yerləşən gecə klublarından birində M.Sərxanbəyov tanımadığı şəxslərlə mübahisə edib. O, mübahisə etdiyi iki şəxsə bıçaqla xəsarət yetirib. M.Sərxanbəyov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) 126.2.2 və 126.2.4-cü maddələri ilə təqsirli bilinir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh