Bakıda sərnişin avtobusu belə yandı - VİDEO

Gündəm 15 Noyabr 2018 21:01 Oxunub 1220
Bakıda sərnişin avtobusu belə yandı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisənin səbəbləri araşdırılacaq və lazımi tədbirlər görüləcək

Bakının mərkəzində sərnişin avtobusu yanıb. Anidən başlayan yanğın bir anda sərnişin avtobusunu öz ağuşuna alıb.  Hadisə günorta saatlarında, metronun ''Dərnəgül'' stansiyasının yaxınlığında qeydə alınıb. Votsapp nömrəmizə göndərilən kadrlardan aydın olur ki, güclü yanğına Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri müdaxilə edib. Qısa zamanda alov söndürülsə də, avtobusa ciddi ziyan dəyib. Araşdırma zamanı məlum oldu ki, yanan avtobus 93 saylı marşurut xəttinə məxsusdur. Xəttin aid olduğu şirkətdən bildirdilər ki, yanğına səbəb avtobusun mühərrik hissəsində baş verən qısaqapanma olub. Xoşbəxtlikdən hadisə baş verən vaxt avtobusda sərnişin olmayıb.  Bu hadisə bir daha avtobusların xidmətə buraxılmadan əvvəl yoxlanılması məsələsini gündəmə gətirib.  Kolon rəisi Vüsal Əsgərli deyir ki, həmin avtobus hər gün texniki nəzarətdən keçirilir.  Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, hadisənin səbəbləri araşdırılacaq və lazımi tədbirlər görüləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh