Qanunsuz ov edən 3 nəfər saxlanılıb - Biləsuvarda

Gündəm 15 Noyabr 2018 20:26 Oxunub 564
Qanunsuz ov edən 3 nəfər saxlanılıb - Biləsuvarda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırma aparılır

Polis orqanları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə respublikanın şəhər və rayonlarında mütəmadi tədbirlər həyata keçirilir. DİN Mətbuat Xidmətindən Avtosfer.az-ın verilən məlumata görə, noyabrın 14-də Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Aşağı Cürəli kəndi ərazisində qanunsuz ov edən kənd sakinləri Nemət Xanışov, Ramin Vahabov və onun qardaşı Sadiq saxlanılıblar. Onlardan “TOZ”, “İJ” və “MR” markalı 3 ədəd ov tüfəngi, 22 ədəd patron, 7 ədəd giliz və 5 ədəd ovlanmış quş götürülüüb. Araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh