Əmisi oğlunun ölümünə səbəb olan sürücüyə hökm oxunub

Gündəm 15 Noyabr 2018 20:36 Oxunub 625
Əmisi oğlunun ölümünə səbəb olan sürücüyə hökm oxunub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hakim Əlövsəd Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Bəxtiyar Rəsulovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Əlövsəd Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə bu il mayın 8-də paytaxtın Binəqədi qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini B.Rəsulov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb. Nəticədə sürücünün sərnişini, əmisi oğlu, Abşeron rayon sakini Firuddin Rəsulov ağır xəsarət alıb. Daha sonra yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh