Dünya çempionu avtomobil qəzasında həlak oldu

Qəzalar 15 Noyabr 2018 21:22 Oxunub 787
Dünya çempionu avtomobil qəzasında həlak oldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza zamanı başqa bir idmançı da ağır xəsarət alıb

Ukraynalı idmançı armrestlinq üzrə dünya və Avropa çempionu Andrey Puşkar Rovnensk vilayətində avtomobil qəzasına düşüb. Avtosfer.az a24.az-a istinadən xəbər verir ki, Ukrayna polisi qəza nəticəsində idmançının həlak olduğunu bildirib. Qəza “Kiyev-Çop” yolunda baş verib. Rəsmi versiyaya əsasən, idmançı “Citroen” markalı avtomobilin sükanı arxasında olub və idarəetməni itirib. Bu zaman maşın qarşı zolağa çıxıb və yük maşını ilə toqquşub. Yük maşınının 30 yaşlı sürücüsü də ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Eyni zamanda bildirilir ki, qəza zamanı başqa bir idmançı da ağır xəsarət alıb. Söhbət Ukraynanın əməkdar idmançısı, beynəlxalq dərəcədə idman ustası Oleq Joxdan gedir. Oleq koma vəziyyətindədir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh