Prokuror Bakıda iki nəfəri bıçaqlayan gəncə cəza istəyib

Gündəm 15 Noyabr 2018 21:06 Oxunub 478
Prokuror Bakıda iki nəfəri bıçaqlayan gəncə cəza istəyib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmənin növbəti iclası oktyabrın 19-na təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Müzəffər Sərxanbəyovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.  Prokuror çıxışında onun 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin növbəti iclası oktyabrın 19-na təyin edilib. Qeyd edək ki, M.Sərxanbəyov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) 126.2.2 və 126.2.4-cü maddələri ilə təqsirli bilinir. O, bu ilin may ayında Bakının Bülbül prospektində yerləşən gecə klublarından birində əyləndikdən sonra tanımadığı şəxslərlə mübahisə edib. Mübahisə gecə klubundan çöldə davam edib. M.Sərxanbəyov mübahisə etdiyi iki şəxsə bıçaqla xəsarət yetirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh