İmişlidə yol qəzası baş verib, xəsarət alan var

Qəzalar 16 Noyabr 2018 07:01 Oxunub 648
İmişlidə yol qəzası baş verib, xəsarət alan var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

İmişli rayonunda yol qəzası baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bəhrəmtəpə qəsəbəsi dairəsində qeydə alınıb. Belə ki, həmin qəsəbədə yaşayan, 1971-ci il təvəllüdlü Əhsən Çərkəz oğlu Əzizovun idarə etdiyi "Jiquli" markalı minik maşını arxadan gələn digər avtomobil tərəfindən vurulub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Ə.Əzizov İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh