Yerişə baxıb ölümün vaxtını təyin etmək olar
Gündəm 16 Noyabr 2018 23:35 266 dəfə oxunub
Yerişə baxıb ölümün vaxtını təyin etmək olar
Əgər insan asta-asta gəzməyə başlayırsa, bu onun sağlamlığında ciddi təhlükənin olmasından xəbər verir

Cənubi Kaliforniya Universitetinin alimləri müəyyən edib ki, insanın yol gedişinə baxaraq nə zaman öləcəyini müəyyən etmək mümkündür. Avtosfer.az sputnik.az-a istinadən xəbər verir ki, araşdırmaçıların fikrincə, insanın yerişinin sürətli olması onun sağlamlığının xəbərçisidir. Bu göstərici ilə insanlarda ürək-damar xəstəlikləri riski və mərkəzi sinir sisteminin pozuntusunu müəyyən etmək mümkündür. Bundan başqa, kardiocərrahlar hesab edir ki, bunu ürək əməliyyatı keçirmə fonunda fəsadlar yaşamış xəstələrin müəyyən edilməsində də istifadə etmək olar. Ekspertlər hesab edir ki, addımların sürətli olması xəstəliklərin inkişafı və erkən ölüm hallarını azaltmır. Sürət sadəcə insanın bioloji yaşını müəyyən edir. Əgər insan asta-asta gəzməyə başlayırsa, bu onun sağlamlığında ciddi təhlükənin olmasından xəbər verir.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh