Sürücüdən şok əməl: Azərbaycan bayrağını pozub SSRİ simvolu yapışdırdı - FOTO

Avtosfer Foto 16 Noyabr 2018 13:45 Oxunub 2340
Sürücüdən şok əməl: Azərbaycan bayrağını pozub SSRİ simvolu yapışdırdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir azərbaycanlının mənəviyyatı bu hərəkəti etməyə necə icazə verir?

Sosial şəbəkələrdə daha qəribə və heç xoşagəlməz bir avtomobilin fotosu paylaşılıb.  Avtosfer.az xəbər verir ki, 42 BM 829 dövlət qeydiyyat nişanlı VAZ 21154 avtomobil  markalı avtomobilin sürücüsü qeydiyyat nişanının üzərindəki Azərbaycan bayrağını pozub və ya üstünü rəngləyib, əvəzinə arxa şüşəyə vaxtı ilə SSRİ bayrağının üzərində olan çəkic və oraq rəmzlərinin fotosunu vurub. Bu sürücüyə dövlət  qeydiyyat nişanının tələblərini pozmağa İXM 327.4 maddəsi ilə 60 manat,4 bal cərimə yazılmalıdır.

Amma əsas məsələ bu deyil. Bəs bir azərbaycanlının mənəviyyatı bu hərəkəti etməyə necə icazə verir? Axı o arxa şüşəyə vurduğu "çəkic-oraqlı" bayraqdan xilas olub pozduğu "üç rəngli" bayrağı dalğalandırmaq uğrunda, müstəqillik uğrunda neçə-neçə oğullarımız şəhid olub,qanlar tökülüb. İnsanlar günlərlə ac-susuz meydanlarda yatıb.

Kənan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Əhməd 16 Noyabr 2018 18:11
Lap yaxşı eləyiblər.