BNA tıxaca görə bu qurumu günahlandırdı - AAYDA xəbərsiz işləyir

Yazarlar 16 Noyabr 2018 13:57 Oxunub 1180
BNA tıxaca görə bu qurumu günahlandırdı - AAYDA xəbərsiz işləyir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dövlət Agentliyi yolu bağlayarkən icazə almayıb

Bakı Nəqliyyat Agentliyi Babək prospektində yaranmış tıxacla bağlı açıqlama verib. Açıqlamada bildirilir ki, Azərbaycan avtomobil yolları Dövlət Agentliyi təmin işləri aparmaq məqsədilə yolu bağlayarkən icazə almır, heç bir xəbərdarlıq olunmur. Nəticədə sürücülər tıxacda qalır və avtobusların hərəkətində də gecikmələr yaranır. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Avtosfer.az-a bildirib ki, 15.11.2018 ci il axşam saatlarında Babək prospektindən Qara Qarayev istiqamətində yolda nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb, tıxac müşahidə edilib. Tıxac səbəbindən ətraf yollarda da nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Avtobusların intervalında gecikmələr olub. Mövcud vəziyyətin yaranmasına səbəb, Babək və Qara Qarayev prospektlərinin kəsişməsində körpüdə aparılan təmir işləridir. Əvvəlcədən müvafiq qurum tərəfindən məlumatlandırma aparılmadığından körpü üzərində hərəkət məhdudlaşdırılıb və nəticədə qeyd edilən problemlər yaranıb. 

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2018 tarixli fərmanına əsasən, Bakı şəhərinin inzibati ərazisində hərəkətin məhdudlaşdırılmasına və ya qadağan edilməsinə səbəb olacaq işlərin aparılması nəzərdə tutulan avtomobil yolları barədə müvafiq işlərə başlamazdan ən azı 3 iş günü əvvəldən, təxirəsalınmaz hallarla bağlı olduqda isə dərhal elektron qaydada Bakı Nəqliyyat Agentliyinə məlumat verilməlidir.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh