Ələt-Astara-İranla dövlət sərhədi yolunda turniketlər quraşdırılacaq
Gündəm 16 Noyabr 2018 20:05 88 dəfə oxunub
Ələt-Astara-İranla dövlət sərhədi yolunda turniketlər quraşdırılacaq
"Turniketlər quraşdırılandan sonra yol ödənişli olacaq"

"Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolu gələn ildən ödənişli ola bilər". Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlər Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov deyib. O, yollarda ödəniş üçün turniketlərin sifariş verildiyini də bildirib: "Avtomobil yolu artıq istifadəyə verilib, ödəniş üçün turniketlər Cənubi Koreyadan sifariş olunub. Artıq yaxın günlərdə həmin turniketlər gətirilərək yolda quraşdırılmasına başlanacaq. Turniketlər quraşdırılandan sonra yol ödənişli olacaq".

ŞƏRH YAZ
Ad
E-mail
Şərh