Turistik bölgələrə gedən avtomobil yollarının bərpasına başlanılıb
Gündəm 16 Noyabr 2018 20:22 103 dəfə oxunub
Turistik bölgələrə gedən avtomobil yollarının bərpasına başlanılıb
Bunu qurumun İdarə Heyətinin sədri Saleh Məmmədov deyib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkənin turist bölgələrinə gedən avtomobil yollarının bərpasına başlayıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib.  Onun sözlərinə görə, hazırda Bakı-Şamaxı yolu 2-ci texniki dərəcəli yoldan 1-ci texniki dərəcəli yola uyğun yenidən qurulub. “Gələn ildən Ağsu aşırımından yeni yolun çəkilişinə başlanacaq. Artıq Ağsudan Yevlaxa qədər olan yolun yenidən qurulması başa çatıb və istifadəyə verilib. Xaldandan Şəkiyə qədər olan 55 km-lik yolda təmir davam edir və işlər gələn il başa çatdırılacaq. Zaqatala- Balakən, Zaqatala-Qax-Şəki yolları artıq tam istifadəyə verilib”, - deyə o bildirib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh