İki sərnişin avtobusu toqquşdu: 2 ölü, 14 yaralı

Yarışma 17 Noyabr 2018 14:18 Oxunub 1335
İki sərnişin avtobusu toqquşdu: 2 ölü, 14 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Qazaxıstanın Qızıl Orda vilayətində iki sərnişin avtobusunun toqquşması nəticəsində 2 nəfər ölüb, 14 nəfər xəsarət alıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsinin sözçüsü Nursultan Nurəhmədov məlumat verib.  Onun sözlərinə görə, Qarmakşı rayonu ərazisində birində 37, digərində 32 nəfər olan iki avtobus toqquşub. Xəstəxanaya yerləşdirilən yaralılardan 2-sinin uşaq olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh