Minik avtomobillərinin istehsalı 20 dəfədən çox artıb

Avtoxəbər 17 Noyabr 2018 19:06 Oxunub 1050
Minik avtomobillərinin istehsalı 20 dəfədən çox artıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu ilin yanvar-oktyabr ayları ərzində

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 241,1 mln. manatlıq məhsul istehsal edilib. Avtosfer.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil istehsalı 26,5 dəfə artıb, maşın və avadanlıqların istehsalı 17,7%, sair nəqliyyat vasitələrinin istehsalı isə 65,6% azalıb. Dövr ərzində məişət kondisionerlərinin istehsalı olmayıb. Bununla yanaşı, 1 220 ədəd traktor istehsal edilib ki, bu da 2017-ci ilin 10 ayı ilə müqayisədə 9,6% çoxdur. Bu ilin 10 ayı ərzində Azərbaycanda 610 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 20,3 dəfə çoxdur. Bu dövr ərzində mancanaq dəzgahlarının istehsalı 2,4 dəfə, ştanqlı quyu nasoslarının istehsalı 1,6% artıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh