Bu pendiri yeyən yoxdur - Tələbat azalıb - VİDEO

Avtosfer TV 17 Noyabr 2018 22:51 Oxunub 1131
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu səbəbdən də tələbat ildən-ilə azalır

Əvvəllər daha çox satılan motal pendirlərinə ildən-ilə maraq azalır. Satıcılar deyirlər ki, tələbatın azalmasına səbəb bu pendirlərə gənclərin çox da maraq göstərməməsidir.

Motal pendirlərinə tələbat azalıb.

Avtosfer.az xəbər verir ki, bu pendirin ən çox hazırlandığı rayonlardan biri də İsmayıllıdır. Satıcıların sözlərinə görə, əvvəllər daha çox satılan motal pendirlərinə ildən-ilə maraq azalır. Qiymətlər də ötən ilkinə nisbətən 1-2 manat enib. Qiymətlər hazırlandığı süddən asılı olaraq dəyişir.

Motalda hazırlanan pendir daha təbii olduğu üçün orta və yaşlı nəslin nümayəndələri əsasən bu məhsula üstünlük verdiklərini deyirlər.

Satıcılar da deyirlər ki, motalda hazırlanan pendirlərə gənclər çox da maraq göstərmir. Bu səbəbdən də tələbat ildən-ilə azalır.

Satıcılar bildirirlər ki, Rusiya və digər ölkələrə gedən həmvətənlərimiz motal pendirini daha çox alıb aparır. Bu pendirin xarici bazarlara çıxışını təmin etməklə satışı artırmaq olar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh