Gömrük buraxılış məntəqələrində yeni sistem yaradılacaq - VİDEO

Avtosfer TV 17 Noyabr 2018 22:56 Oxunub 1052
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daha sonra media nümayəndələri idxal sərnişin xəttindəki proseslərlə tanış olublar

Kütləvi informasiya vasitələrinin nümayəndələri Balakəndə yerləşən "Mazımçay" gömrük-keçid məntəqəsində olublar. Jurnalistlər orada həyata keçirilən prosesləri izləyiblər və onlara gömrük sahəsində tətbiq edilən yeniliklər barədə məlumat verilib.

"Bir inspektor - bir nəqliyyat vasitəsi" prinsipi Baləkəndə yerləşən "Mazımçay" gömrük-keçid məntəqəsində də tətbiq ediləcək...

Avtosfer.az xəbər verir ki, bu barədə məlumat media nümayəndələri üçün Gürcüstanla sərhəddə yerləşən "Mazımçay" gömrük postuna təşkil edilən mediatur zamanı verilib. Səfərin məqsədi media nümayəndələrinə gömrük prosedurlarının Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi ilə idarə olunmasını, sərhədkeçmə prosesini, gömrük nəzarəti prosedurlarını əyani şəkildə nümayiş etdirmək, bu proseslərin icrası zamanı şəffaflığın tam təmin edildiyi barədə bilgiləndirmək olub. Qeyd edilib ki, tezliklə məntəqələrdə xüsusi şkaflar yaradılacaq və orada vətəndaşlara gömrükdən keçirə biləcəkləri malların miqdarı barədə məlumatlar yerləşdiriləcək.

Həyata keçirilən daha bir yenilik sayəsində isə xarici ölkələrdən Azərbaycana yük gətirən nəqliyyat vasitələri sərhəddən daha rahat və tez keçəcəklər.

Daha sonra media nümayəndələri idxal sərnişin xəttindəki proseslərlə tanış olublar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh