Meyvezer Nurməhəmmədovla döyüş haqqında: Əsas mənəm

Maraqlı 18 Noyabr 2018 00:06 Oxunub 1039
Meyvezer Nurməhəmmədovla döyüş haqqında: Əsas mənəm
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar dedilər ki, qarşılaşma oktaqonda olmalıdır. Mən isə cavab verdim

Amerikalı boksçu Floyd Meyvezer qarışıq döyüş növləri üzrə çıxış edən rusiyalı idmançı Həbib Nurməhəmmədovla mümkün qarşılaşmanın şərtlərini özü müəyyənləşdirəcəyini bildirib.

Avtosfer.Az oxu.az-a istinadən bildirir ki, Floyd məhz qarşı tərəfin onu döyüşə çağırdığını xatırladıb:

"Mən Həbibi döyüşə çağırmamışam, Həbib məni çağırıb. Onlar dedilər ki, qarşılaşma oktaqonda olmalıdır. Mən isə cavab verdim:

"Həbibin oktaqonda keçirdiyi döyüşə görə 9 rəqəmli qonorarını mənə göstərin. Əgər bu qədər pul qazana bilmirsə, görüşümüzün harada baş tutmasına dair qərar vermək ixtiyarına malik deyil. Əsas mənəm. Döyüş istəyirsinizsə, mənim qaydalarımla oynamalısınız".

Xatırladaq ki, oktyabrın 17-də Meyvezer Nurməhəmmədovla boks qaydaları ilə döyüşməyə hazır olduğunu bildirib. Lakin Mütləq Döyüş Çempionatının (UFC) rəhbəri Deyna Uayt deyib ki, döyüş yalnız UFC-də baş tuta bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh