Britaniyada qaraj faciəsi: Ana qızını necə xilas etdi – Video

Maraqlı 18 Noyabr 2018 00:17 Oxunub 1153
Britaniyada qaraj faciəsi: Ana qızını necə xilas etdi – Video
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İngiltərədə bir ananın dəcəl qızını xilas etməsi sosial şəbəkələrdə fenomen olub

Avtosfer.Az Teleqraf.com-a istinadən xəbər verir ki, ananın cəhdləri körpə qızı mümkün faciədən qurtarıb.

Videodan bəlli olur ki, ana iki körpəsi və iti ilə birlikdə avtomobil qarajını açmağa gedir. Qarajın qapısını açan ana yenidən uşaq arabasının yanına qayıdır.

Bu zaman ananı qapıya qədər müşayiət edən kiçik qız vəziyyətdən istifadə edərək avtomatik qaraj qapısından sallanır və qapı onu yuxarıya doğru dartır. Sonda uşaq havadan asılı qalır.

İkinci uşağın arabasını sürmək istəyən ana birdən qızının qaraj qapısından asılı olduğunu görərək tez ona çatır və uşağı vəziyyətdən çıxarır. Bununla da, ana faciənin qarşısını alır.

Qeyd edək ki, Böyük Britaniyada avtomatik qaraj qapıları çoxlu insan ölümünə səbəb olur.

Bir neçə gün əvvəl ingilis xanım qaraj qapıları arasında qalaraq vəfat edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh