Rəis qızını cərimələyən yol polisini mükafatlandırdı - FOTO

Yol polisi 18 Noyabr 2018 01:24 Oxunub 1726
Rəis qızını cərimələyən yol polisini mükafatlandırdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"O, öz işini yerinə yetirib"

Türkiyədə Təkirdağ şəhərində maraqlı hadisə yaşanıb. “Qafqazinfo”nun “Haberturk”ə istinadən verdiyi xəbərə görə, yol polisinin rəisi Mustafa Aydın onun qızına cərimə yazan əməkdaşını mükafatlandırıb. Belə ki, yol polisi əməkdaşı sükan arxasında mobil telefonla danışan Gizem Aydını saxlayaraq ona cərimə yazıb. Hadisədən xəbər tutan M. Aydın qızını cərimələyən polis məmurunu təltif edib. O, açıqlamasında “İlk növbədə biz yol hərəkəti qaydalarına əməl etməli, daha sonra bunu vətəndaşlardan tələb etməliyik. Qızımı cərimələyən əməkdaşı təltif etdim. O, öz işini yerinə yetirib” deyə bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh