Bakıda məşhur “avtoş” öldürüldü – 012 - VİDEO

Avtoxəbər 18 Noyabr 2018 01:59 Oxunub 9539
Bakıda məşhur “avtoş” öldürüldü – 012 - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cabir adlı şəxsin güllələndiyi bildirilir

Bu gün İnstagram və Youtube sosial şəbəkəsində Mərdəkan qəsəbəsində qətl hadisəsi törədilməsi barədə məlumat yayılıb. Avtosfer.az xəbər verir ki, hər iki sosial şəbəkədə Bakıda “Cabir-012” ləqəbi ilə tanınan məşhur “avtoş”un ölümü barədə xəbərlər yer alıb. Bildirilir ki, hadisə noyabrın 17-də, saat 16-17 radələrində Mərdəkan qəsəbəsində baş verib. Cabirin güllələnərək öldürüldüyü bildirilir. Qeyd olunur ki, onun qardaşı da bir neçə il əvvəl güllələnərə qətlə yetirilib.
Məlumat gec daxil olduğundan rəsmi qurumlarla dəqiqləşdirmək mümkün olmadı. Lakin hər iki sosial şəbəkədə yayılan xəbərlərə yazılan şərhlərdə də Cabirin ölüm xəbərini təsdiq edənlər var.
Mövzuya qayıdacağıq.

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh