Mahaçqalada dünya çempionu istirahət edənləri güllələdi

Avtoxəbər 18 Noyabr 2018 15:55 Oxunub 1091
Mahaçqalada dünya çempionu istirahət edənləri güllələdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Atəş açan şəxs cinayət yerindən qaçıb və hazırda axtarılır.

Dağıstanda Rusiya qvardiyasının leytenantı güllələnib.

 

Avtosfer.az oxu.az-a istinadla xəbər verir ki, qətldə əlbəyaxa döyüş üzrə dünya çempionu şübhəli bilinir.

 

Hadisə Mahaçqalanın "Best" gecə klubunda, hərbçinin dostları ilə dincəldiyi zaman baş verib.

 

"Sərxoş gənclər arasında mübahisə yarandı. Bu zaman onlardan biri tapança çıxararaq iki nəfərə atəş açdı", - agentliyin mənbəyi bildirib.

 

"Təcili yardım" gələnə qədər Rusiya qvardiyasının leytenantı dünyasını dəyişib. Onun tanışı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və polisə ifadə verib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh