ABŞ süni ətin istehsalına hazırlaşır

Maraqlı 18 Noyabr 2018 17:42 Oxunub 1201
ABŞ süni ətin istehsalına hazırlaşır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər iki qurum bu növ məhsulun təhlükəsizliyini təmin edəcəklərinə əmindirlər

ABŞ Kənd Təsərrüfatı Nazirliyi və Qida məhsulları və dərmanların keyfiyyətinə sanitar nəzarəti İdarəsi (FDA) laboratoriya şəraitində suni yetişdirilmiş ətin istehsalı və satışı qaydalarını razılaşdırıblar. Avtosfer.az-ın oxu.az-a istinadən verdiyi xəbərə görə, bu barədə tərəflərin birgə bəyanatında bildirilir. FDA heyvan hüceyrələrinin toplanmasına, nazirlik əməkdaşları isə nişanlanma və istehsal məsələlərinə cavabdehlik daşıyacaqlar. Saziş üzərində tamamlanma işləri dekabrın 26-na qədər davam etdiriləcək. Hər iki qurum bu növ məhsulun təhlükəsizliyini təmin edəcəklərinə əmindirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh