Daha bir avtobus qatarla toqquşacaqdı: Dəmiryolları BNA-nı təkzib etdi – VİDEO

Avtosfer TV 18 Noyabr 2018 19:06 Oxunub 1314
Daha bir avtobus qatarla toqquşacaqdı: Dəmiryolları BNA-nı təkzib etdi – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Sürücü işıqforun tələblərinə məhəl qoymayaraq keçidi keçmək istəyib”

Sərnişin avtobusu dəmiryolu xəttini keçmək istəyərkən şlaqbaum açılaraq avtobusun üzərinə düşüb. Görüntüləri isə yaxınlıqda şahidlərdən biri çəkərək sosial şəbəkədə paylaşıb. Hadisə Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş verib. Metronun "Koroğlu" stansiyasından Binə qəsəbəsi istiqamətinə hərəkət edən 160 nömrəli marşrut avtobusu dəmiryolu xəttini keçmək istəyərkən şlaqbaum açılaraq avtobusun üzərinə düşüb. Bundan sonra isə qatar gəldiyindən avtobus dayanıb və yoluna davam etməyib. Hadisə zamanı ölən və xəsarət alan olmasa da bu məsələ yenidən dəmiryolu xətti yaxınlığında təhlükəsizlik məsələlərini gündəmə gətirir. Hadisə ilə bağlı 160 nömrəli marşrut avtobusunun sürücüsü Nicat Mahmudov iddia edir ki, avtobus dəmiryolu keçidinə yaxınlaşarkən görünmə sahəsi məhdud olduğundan qatarın gəldiyindən xəbəri olmayıb. Onun sözlərinə görə, ərazidə şlaqbaum açıq olub və işıqfor işləməyib. Buna görə də o, yoluna davam edib. Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, həmin ərazidə şlaqbaum avtobus dayandıqdan sonra bağlanmağa başlayıb və nəticədə avtobusun üstündə qalıb. Onun sözlərinə görə, əgər avtobus şlaqbaum bağlı olduğu halda keçidə daxil olsaydı, şlaqbaum avtobusun üstündə olmazdı.

Baş vermiş hadisəyə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən də münasibət bildirilib. Qurumun sözcüsü Sevinc Qədirova deyib ki, sürücü işıqforun tələblərinə məhəl qoymayaraq keçidi keçmək istəyib. Nəticədə də şlaqbaum açılaraq avtobusun üzərinə düşüb. Qatar gəlməmişdən bir neçə saniyə öncə isə həyəcan siqanalı verib. Ancaq sürücü buna məhəl qoymayıb. "Hər bir halda avtobus və ya digər nəqliyyat vasitələrinin sürücüləri istər görünən, istərsə də görünməyən dəmiryolu keçidlərindən keçən zaman sürəti azaldıb sağa və sola baxmalıdırlar",-deyə Sevinc Qədirova bildirib.

Qeyd edək ki, bir müddət əvəvl sözügedən ərazidə baş vermiş avtobus qəzasında 3 nəfər ölmüş, 40 nəfər yaralanmışdı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh