Bakıda tarixə düşən bu maşınları görənlər sevinir - VİDEO

Avtoreyd 11 Fevral 2015 07:17 Oxunub 6791
Bakıda tarixə düşən bu maşınları görənlər sevinir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Paytaxtımızda küçələri yuyan su maşınların çox ehtiyac var

Bakının küçələrini yuyan su maşınları tarixə düşüb. Avtosfer.az-ın ANS-ə istinadən məlumatına görə, bir vaxtlar paytaxt Bakımızın küçələrini yuyan su maşınlarına böyük maraqla tamaşa edərdik. Bu xüsusi nəqliyyat vasitələri, əsasən səhər saatlarında paytaxtın mərkəzi küçələrini yuyur, yağışlı havadan sonra yollarda yığılan palçığı, zibil qalıqlarını təmizləyirdi. Amma təəssüf ki, bü gün küçələrdə bu tipli maşınları görmək mümkün deyil. Hətta buna təşəbbüs göstərənlərə də rast gəlinmir. Əksəriyyət bilir ki, Bakının iqlimi dəyişkən küləkli və yağışlı olur. Bunun nəticəsində də yolların vəziyyəti çox vaxt xoşagəlməz hala gəlir. Belə olan təqdirdə isə bu tipli xüsusi maşınların olması yolların təmizlənməsində çox faydalı ola bilər.

“Burada iki əsas - estetik və təhlükəsizlik meyarı var. Estetik meyar, şəhərimiz təmiz və gözəl görünşü. Təhlükəsizlik meyarı isə odur ki, asfaltın üzərində olan toz, su və palçıq əyləç sisteminə mənfi təsir göstərir”, – deyə ekspert Ərşad Hüseynov bildirib.

Araşdırmalara görə yağışlı havadan sonra yaranan palçıqlı vəziyyət yollara çəkilən hərəkət nişanlarının da tez sıradan çıxmasına səbəb olur. Bunu nəzərə alıb bir sıra Avropa və MDB ölkələrində yol təmizləyən maşının sü çəninə müxtəlif kimyəvi maddələr də əlavə edirlər. Bu da təmizliklə yanaşı nişanların yollardan pozularaq itməsinin qarşısını alır. 

Hazırda paytaxt küçələrinin təmiri və təmizlənməsi bir neçə quruma həvalə edilib. Təəssüf ki, onlar da naməlum səbəblərdən buna maraq göstərmirlər. Amma bu gün elektirik dirəklərinin və bardürlərin yuyulması həyata keçirilirsə, yolların da su maşınları ilə təmizlənməsi mümkün ola bilər axı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh