Xəritədə qartalın dimdiyi kimi tanınan yer – FOTO

Avtosfer Foto 18 Noyabr 2018 20:00 Oxunub 2731
Xəritədə qartalın dimdiyi kimi tanınan yer – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şah Dili Azərbaycanın materikdə yerləşən ən ucqar şərq nöqtəsidir

Azərbaycan Respublikasının xəritəsində ən ucqar şərq nöqtəsi olan, qartalın dimdiyi kimi tanınan “Şah dili”nin sosial şəbəkədə fotoları yayılıb. Şəkillər maraq doğurub. Qeyd edək ki, Şah Dili adlandırılan ərazi Abşeron yarımadasının uzaq cənub şərq qurtaracağında yerləşir. Şah Dili Azərbaycanın materikdə yerləşən ən ucqar şərq nöqtəsidir. İnzibati cəhətdən Bakı şəhəri Zirə qəsəbəsi ərazisinə daxildir. Dil cənuba doğru dənizin içərisinə uzanmışdır. Ensiz və uzun formaya malikdir. Ərasizi, əsasən, qumsaldır. Dəniz səviyyəsindən elə də hündür deyildir. Dil ərazisi bütünlüklə Abşeron Milli Parkı ərazisinə daxildir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh