DYP-nin yanında avtomobili vurub qaçdı - VİDEO

Avtosfer TV 18 Noyabr 2018 20:31 Oxunub 1855
DYP-nin yanında avtomobili vurub qaçdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İnsan düşüb bir üzrxahlıq edər

Oxucumuz Eldar Eldarlı avtosfer.az saytına öz avtomobilinə quraşdırılmış videoregistratorla çəkilmiş videogörüntünü göndərib. Videodan da aydın olduğu kimi,oxucumuz bildirir ki, 16.11.2018 tarixində,18:19 radələrində Şəmsi Bədəlbəyli və Rəşid Behbudov küçələrinin kəsişməsində ən sol zolaqla hərəkət edən və qanunla yalnız sola dönməyə icazəsi olan dövlət qeydiyyat nişanı aydın olmayan furqon tipli, Mercedes C class markalı avtomobilin sürücüsü qəfildən düzünə getməyə qərar verib və onu idarə etdiyi 99 RD 364 dövlət qeydiyyat nişanlı Opel Vectra markalı avtomobilin arxa bamberini sürtüb hadisə yerindən qaçıb. Hadisə olan yerdə DYP əməkdaşlarının da 99 YP 375 dövlət qeydiyyat nişanlı avtomobildə xidmət aparırdıqları görünür.

Lakin əməkdaşlar hadisəni vizual olaraq görməyib. Sürücü bildirir ki,ona əsas təsir edən avtomobilinə dəyən kiçik maddi ziyan deyil. Hadisədir, hamının başına gələ bilər. Amma insan ən azı düşüb bir üzrxahlıq edər axı. Hadisə yerindən qaçmaq insanlığa yaraşmaz. Elə ona görə də sürücü hadisə yerindən 102 qaynar xəttinə müraciət edib.

Sabahı gün isə onu Nəsimi rayonu DYP idarəsinə çağırıblar. Hələ də hadisəni törədən sürücü tapılmayıb.

Ümid edirik ki, DYP avtomobilindəki və ətrafdakı kameralar əsasında hadisə yerindən yayınan sürücünü tapıb protokol yazacaqlar. Zərərçəkmişə dəyən ziyanı isə ya zərərvuran sürücü, ya da onun icbari sığorta müqaviləsi olan şirkət ödəyəcək.

Kənan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh