Kadırov dünyanı heyrətləndirən 5 yaşlı uşağa “Mercedes” bağışladı - VİDEO

Maraqlı 19 Noyabr 2018 10:27 Oxunub 1018
Kadırov dünyanı heyrətləndirən 5 yaşlı uşağa “Mercedes” bağışladı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Bu maşını sənə Əhməd Hacı Kadırov xeyriyyə fondunun prezidenti Aymani Kadırova adından sənə verirəm"

Çeçenistanın rəhbəri Ramzan Kadırov 5 yaşlı çeçen Rəhim Kuriyevə “Mercedes” markalı avtomobil bağışlayıb. Ölkə.az xəbər verir ki, Rəhim Kuriyev 2 saat 26 dəqiqədə  4105 jim vurmuşdu.

Çeçenistanın idman naziri Musa Xanakirov da Rəhim barədə məlumat verib. Nazir bildirib ki, Rəhim fasiləsiz olaraq 2 saat 26 dəqiqəyə 4105 jim vurub. Amma “Ginnesin Rekordlar Kitabı” bunu rəsmi olaraq qeydə almayıb. Kadırov isə bildirib ki, Rəhim rekordunu yenidən nümayiş etdirəcək: “Ümid edirəm ki, komissiya üzvlərinin bu jimləri saymağa səbri çatacaq”.

Kadırov 5 yaşlı uşaqla görüşündə deyib:

“Bu maşını sənə Əhməd Hacı Kadırov xeyriyyə fondunun prezidenti Aymani Kadırova adından sənə verirəm. Bundan sonra atan səni bu maşınla gəzdirsin. Sən ağ “Mercedes”də gəzməyə layiqsən”.

Rəhim isə deyib ki, 5 min jim vura bilər. Uşaq bacarığını maşının kapotu üzərində nümayiş etdirib.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh