Şəki Tibb Kollecində tədbir keçirilib - FOTO - VİDEO

Yol polisi 19 Noyabr 2018 19:25 Oxunub 7786
Şəki Tibb Kollecində tədbir keçirilib - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təhsil müəssisələrində tədbirlər mütəmadi olaraq davam etdiriləcək

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin Təbliğat və Təşviqat Üzrə İnspektoru, polis baş leytenantı Tural Niftalıyev yol hərəkəti qaydalarının təbliği və təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədi ilə təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir. 

Növbəti tədbir, 19 noyabr 2018-ci il tarixdə Şəki Tibb Kollecində keçirilmişdir.

Tədbir zamanı, tələbələrə yol hərəkəti haqqında qanunun 40-cı maddəsi “Piyadanın vəzifələri” barədə ətraflı məlumatlar verilmiş və onları maraqlandıran suallar cavablandırılmışdır. Tələbələrə küçə və yollarda hərəkət edərkən mobil telefondan, qulaqlıqlardan istifadə etməmələri tövsiyyə edilmişdir. Belə ki, küçə və yollarda hərəkət edən zaman qulaqlıqdan istifadə edərək mobil telefonla danışarkən və ya musiqiyə qulaq asarkən yaxınlaşan nəqliyyat vasitələrinin səsinin eşidilməməsi, bununla da, piyadaların özlərinin və nəqliyyat vasitələrinin sürücülərinin həyat və sağlamlığını təhlükə altına salmaları xüsusi vurğulanmışdır.

Təbliğat və Təşviqat Üzrə İnspektor, polis baş leytenantı Tural Niftalıyev kollecin giriş-çıxış qapısının yanında və ya dəhlizində daha aydın görünən yerdə asılması üçün “Piyadanın vəzifələri” yazılmış DYP guşəsini təhsil müəssisəsinin rəhbərliyinə təqdim etmişdir.

Qeyd olunmuşdur ki, görülmüş bütün bu tədbirlər insanların həyat və sağlamlığının qorunmasına xidmət edir.

Şəki Tibb Kollecinin direktoru Elmira Hacıyeva, tələbələrlə bu cür maarifləndirici görüş keçirdiyinə görə Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin Təbliğat və Təşviqat Üzrə İnspektoru, polis baş leytenantı Tural Niftalıyevə öz minnətdarlığını bildirmişdir.

Tədbirdə, ARB Televiziyasının çəkiliş qrupuda iştirak etmişdir. Təbliğat və Təşviqat Üzrə İnspektor, polis baş leytenantı Tural Niftalıyev televiziya kanalına verdiyi müsahibəsində bildirmişdir ki, təhlillər aparılmış və müəyyən edilmişdir ki, respublikamız ərazisində piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarına daha çox yeniyetmələr və gənclər tərəfindən yol verilir. Buna görə də, tələbələrin yol hərəkəti qaydaları barədə maarifləndirilməsi zərurəti yaranır.

Bu cür maarifləndirmə tədbirlərinin, təhsil müəssisələrində mütəmadi olaraq davam etdiriləciyi bildirilmişdir.

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh