Paytaxtın şimal giriş-çıxışında "barrikada" qurulub - "20 Yanvar" keçilməz!

Yazarlar 19 Noyabr 2018 21:15 Oxunub 1372
Paytaxtın şimal giriş-çıxışında "barrikada" qurulub - "20 Yanvar" keçilməz!
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Taksi sürücülərinin təklifləri var, BNA çıxış yolları axtarır, DYP reyd keçirir

Günün pik saatlarında, yəni hər kəsin işdən çıxaraq evə tələsdiyi vaxtda "20 Yanvar" metrostansiyasının ətrafında böyük sıxlıq müşahidə edilir. Müxtəlif səbəblərdən qaynaqlanan sıxlığı aradan qaldırmaq üçün, dəfələrlə müəyyən addımlar atılsa da, problem həllini tapmayıb. Avtosfer.az sputnik.az-a istinadən sözügedən ərazidə sıxlığın yaranma səbəblərini aydınlaşdırmağa çalışıb. Bunun üçün öncə "20 yanvar" dairəsi adlanan əraziyə yollanaraq, oradakı taksi sürücüləri ilə həmsöhbət olub. Sürücülər mövcud problemin həlli üçün öz təkliflərini səsləndiriblər. Sürücü Ziya Hüseynovun fikrincə, ərazidə sıxlıq yaradan ən böyük problem dayanacaqlardır: "Avtobus dayanacaqlarını daha uzaq məsafəyə daşımaqla buradakı sıxlığı aradan qaldırmaq mümkün ola bilər. Dövlət Yol Patrul Xidmətinin əməkdaşları ərazidə olarsa, günün pik vaxtlarında bu sıxlıq aradan qalxar".

Digər sürücü İlqar Atayev də ərazidəki taksilərin sıxlıq yaratdığını düşünmür: "Əksinə, 1 manatlıq taksilər olmasa, Xırdalan və Sumqayıt istiqamətinə gedəcək sərnişinlər burada sıxlıq yaradar. Bu ərazidəki sıxlıq, əsasən, bəzi yolların dar olması ilə əlaqədardır. Müəyyən ərazilərdə yollar genişləndirilsə də, avtovağzalın yuxarı ərazisi dar olaraq saxlanılıb. Həmin yol "butulka"nı xatırladır. Sumqayıtdan Bakıya ikinci giriş olarsa, problem az da olsa, həllini tapar. Çünki nəqliyyatın hərəkəti üçün Binəqədi və Biləcərinin daxili yolları yararsızdır". Sürücü Elvin Məmmədli isə, bu ərazinin, hələ sovet dövründə taksilərin dayanacaq məkanı olduğunu əsas gətirib: "20 Yanvar" dairəsi şimal girişindən gələn sərnişinlərin Bakıda düşdüyü ilk dayanacaqdır. Xırdalan və Sumqayıt istiqamətinə gedən sərnişinlər də bu dayanacaqdan yola düşürlər. Bu səbəbdən də "20 Yanvar" dairəsi taksi sürücüləri üçün əlverişli yerdir". "Taksilərin yol qırağında dayanması yolverilməzdir. Lakin bu, o demək deyil ki, həmin avtomobil vasitələri bu ərazidən qovulmalıdır. Onları oradan qovsaq, yenə də fırlanıb həmin əraziyə qayıdacaqlar. Taksilər üçün müəyyən ərazi ayrılsa, problemi həll etmək mümkün olar. Köhnə avtovağzal adlanan ərazini taksi sürücüləri üçün dayanacaq yeri etsələr, daha məqsədəuyğun olar. Sərnişinlərin bu əraziyə axını üçün metronun çıxışını həmin istiqamətə yönləndirmək lazımdır" - Məmmədli bildirib. Əməkdaşımız sürücülərin təkliflərini dinlədikdən sonra məsələyə aidiyyatı qurumların münasibətini öyrənib. Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev qeyd edib ki, BNA tərəfindən təkcə "20 Yanvar" metrostansiyası ərazisində deyil, o cümlədən şimal ərazisindən girişdə nəqliyyatın kompleks təşkili üçün bir sıra layihələr irəli sürülüb. Bu layihələrdə "20 Yanvar" dairəsindən Tbilisi prospekti istiqamətinədək nəqliyyat şəraitinin yaxşılaşdırılması nəzərdə tutulub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh