"Lamborghini"dən unikal superkar - FOTO

Avtodünya 20 Noyabr 2018 23:35 Oxunub 2440
"Lamborghini"dən unikal superkar - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni model "Lamborghini Aventador" modelinin əsasında hazırlanıb

"Lamborghini" şirkətinin "Special Projects" bölməsi unikal kupe istehsal edib. Avtosfer.az "ölkə.az"-a istinadən bildirir ki, sözügedən superkar cəmi bir ədəddir. "Special Projects" xüsusi sifarişlə avtomobil istehsal edir və "Lamborghini SC18" də bunlardan biridir. Yeni model "Lamborghini Aventador" modelinin əsasında hazırlanıb. Bununla belə, Aventador-dan kifayət qədər fərqlənir. Mütəxəssislər "Squadra Corse" yarış komandası ilə müştərək olaraq bu layihəni tamamlayıblar. Eksteryerdə dəyişiklik az deyil. Ön disklər 20, arxa disklər isə 21 düymlükdür. Kapotun altında 12 sindirli 6.5 litr həcmli mühərrik var. 770 at güclü mühərrik 7 pilləli robot sürətlər qutusu ilə işləyir. Modelin dinamiki xarakteristikası barədə məlumat verilmir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh